Ermənilər Əbu-Dabidə belə biabır oldular – FOTO

Ermənilər Əbu-Dabidə belə biabır oldular – FOTO

Ermənistan 21-25 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək 15-ci "IDEX 2021” Beynəlxalq Hərbi-Sənaye Sərgisində yalnız bukletlərlə təmsil olunub.

Miq.Az Ermənistan mətbuatına istinadən bildirir ki, "IDEX 2021” sərgisində  Ermənistanın icarəyə götürdüyü pavilyon 30 kvadratmetrdən çox ərazi tutur və  sərgidə Ermənistandan 14 şirkət iştirak edir.

Yayılan məlumatda bildirir ki, Ermənistan nümayiş olunacaq silah və sursatı Əbu-Dabiyə vaxtında çatdıra bilməyib. Nəqliyyat problem səbəbindən Ermənistan məxsus yüklər Moskvada qalıb. Bu səbəbdın də dünən baş tutan açılış mərasimində Ermənistana məxsus pavilyonda yalnız  bukletlər və su şüşələri olub.

Ermənistan mətbuatında yer alan məlumatda qeyd olunur ki, Yüksək texnologiyalar naziri Hakob Arşakyanın rəhbərlik etdiyi nümayəndə heyəti nəqliyyat xərcləri olmadan nüfuzlu beynəlxalq platformada özünü rüsvay etmək üçün dövlət büdcəsindən təqribən 25 milyon dram (48 min 560 dollar) xərcləyib.

Ermənistan mətbuatı yazır ki, ən acınacaqlısı isə eyni sərgi zamanı başqa bir pavilyonda Azərbaycan özünün hərbi arsenalını bütün əzəməti ilə təqdim etdi.
 
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az