Ermənilər Goranboyu atəşə tutdu: Hədəf yaşayış məntəqələridir

Ermənilər Goranboyu atəşə tutdu: Hədəf yaşayış məntəqələridir
Erməni hərbi birləşmələri yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

Miq.az APA-ya istinadən xəbər verir ki, Goranboy rayonunun təmas xəttində yerləşən yaşayış məntəqələri iyulun 6-sı saat 23:00-dan 23:15-dək və iyulun 7-si saat 00:15-dən 00:30-dək iriçaplı silahlardan atəşə tutulub.

Nəticədə düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu kəndində 3 fərdi yaşayış evinin dam örtüyünə yüngül ziyan dəyib.

İtki və tələfat yoxdur.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az