Ermənilər "hücum"a hazırlaşır

Ermənilər
Erməni haker qrupları Azərbaycan və Türkiyənin informasiya resurslarına qarşı genişmiqyaslı hücuma hazırlaşırlar.
 
Bu barədə Trend-ə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) bildiriblər.
 
Bununla əlaqədar, CERT Azərbaycanda informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi barədə xəbərdarlıq edir.
 
Mərkəzdən deyiblər ki, hücumlar məqsədyönlü olacaq və qondarma "erməni soyqırımı"na həsr olunacaq.
 
CERT-in monitorinqinə əsasən, hücumlar 23-24 aprel tarixinə təsadüf edəcək.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az