Ermənilər Qarabağda fiziki qüsurlu cavan qızlara... VİDEO
Ermənilər Qarabağa canlı qüvvə toplamağa davam edir həm də çətinlik çəkir
Ermənistanda döyüşlərə canlı qüvvə cəlb edə bilməyən hökumət qızları ordu sıralarına toplayır.
Miq.az Baku.ws-ə istinadən xəbər verir ki, yayılan görüntülərdə Ermənistan Müdafiə Nazirliyinin hərbçilərinin yeniyetmə oğlan və qızlara hərbi təlim keçdiyi əks olunub. Kadrlarda qızların daha çox olduğu gözə dəyir. Maraqlısı ondadır ki, təlim keçən qızların çoxunda fiziki qüsurlar gözə dəyir.
Tarix boyu qadınlarını və uşaqlarını qabağa verən ermənilər bu planlarını yenidən işə salmağa başlayıb. Orduda əsgər çatışmazlığını yeniyetmə qızları cəbhəyə toplamaqla kompensasiya etmək istəyən ermənilər artıq böyük məğlubiyyətin dadını hiss edib.
Ermənilər Qarabağa canlı qüvvə toplamağa davam edir həm də çətinlik çəkir
Əvvəl də xəbər vermişdik ki, insan resursu az olduğu üçün orduya canlı qüvvə toplamaqda çətinlik çəkən Ermənistan Müdafiə Nazirliyi yaşlıları və qadınları Qarabağa göndərir.
Aralarında çox sayda yaşlı kişilərin olduğu könüllülərdən ibarət batalyonda qadınlar da diqqət çəkir. Tarixən müharibədə qadınları və yaşlıları qabağa verən ermənilər görünür bu murdar xislətdən hələ də əl çəkməyib.
Miq.az