Ermənilər Qarabağı qaytarmağa razıdır - Səbəb

Ermənilər Qarabağı qaytarmağa razıdır - Səbəb
Ermənistanda əhali döyüşməmək üçün Dağlıq Qarabağı Azərbaycana qaytarmağa razıdır.

Miq.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistanda "Region” tədqiqatlar mərkəzinin direktoru Laura Baqdasaryan erməni cəmiyyətinin güzəştə hazır olduğunu deyib.

Onun sözlərinə görə, Qarabağ məsələsi erməni cəmiyyəti üçün dördüncü, beşinci yerdə idi:
 
"Əsas diqqət həmişə daxili problemlərə yönəlmişdi. Aprel döyüşlərindən sonra isə cəmiyyət ordudakı səhvlərdən danışmağa başladı. İnsanlar anladılar ki, Qarabağda baş verən hər hansı hadisə Ermənistan üçün itkidir. Cəmiyyət Qarabağ münaqişəsinin nizama salınmasının mümkün variantlarını müzakirə etməyə başladı”.
 
L.Baqdasaryan hesab edir ki, hazırda erməni cəmiyyəti müharibədə döyüşməmək üçün Qarabağı güzəştə getməyə razıdır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az