Ermənilərdən Azərbaycanla bağlı şok etiraflar

Ermənilərdən Azərbaycanla bağlı şok etiraflar
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri bir çox hallarda özləri də etiraf edir.
 Vətəninfo.az 1905.az saytına istinadən erməni müəlliflərin kitablarındakı sözügedən etirafları olduğu kimi təqdim edir:
1) A.Amiryan: "Yalnız İrəvan əyalətində 200 Azərbaycan kəndi dağıdılıb” (Bakinskiy Raboçiy, 28.05.1918).
2) Erməni alimi S.Zavaryan: "1905-ci ildə azərbaycanlıların kütləvi məhv edilməsi zamanı Şuşada 12, Zəngəzurda 43, Cəbrayılda 5, Cavanşirdə 15 kənd yandırılıb. Ümumilikdə 75 türk-müsəlman kəndi yandırılaraq məhv edilib” (Ekonomiçeskie Usloviya Karabaxa u qolod, 1905-1907).
"Qısa bir vaxtdan sonra yenidən Şuşanı gördüm. Şəhərin türklər yaşayan hissəsində qalaqlanmış daşlardan başqa heç nə qalmamışdı. Bütün evlər yandırılmış, sahibləri isə öldürülmüşdü. Bu vəziyyət Xankəndinin də türklər yaşayan məhəllələrində eynilə təkrar olunmuşdu”, - deyə müəllif kitabında qeyd edib.
3) Başqa bir mənbə isə Bakıda ingilislərin köməyi ilə ermənilərin demək olar ki, böyük neft şəhərini ələ keçirərək 25 min dinc türk əhalisini qətlə yetirdiyini  bildirir. (İz Vospominaniy Oqanesa Apresyana. Leonard Ramsden Xartvill).
4) R.Ovanisyan: "1918-ci ilin əvvəlindən avqustun 1-nə kimi olan məlumatlarda 300 müsəlman (Azərbaycan) kəndinin dağıdılması göstərilir”.
5)"The Republik of Armenia”: "Ermənistanın paytaxtında 13 min, kəndlərdə 50 min Azərbaycan qaçqını erməni xristianlarının nəzarətində saxlanılırdı. Paytaxtın cənubunda yaşamaq üçün yararsız ərazilərdə 70-80 minə qədər müsəlman qaçqın var idi. Erməni hökuməti onlara lazımi köməkliyi etməkdən imtina etmişdi”.
6) A.Lalayan: "Daşnaqsütyun partiyası ətrafına könüllülərdən ibarət dəstə yığaraq müharibə gedən türk ərazisinin əhalisinə, o cümlədən, qadınlara, uşaqlara, əlillərə belə rəhm etmədən amansızcasına, qəddarlıqla divan tuturdular” (Jurnal Revolyuçionnıy Vostok, N -2-3, 1936, Moskva).
7) O.Apresyan: "Bakıda ingilislərin köməyi ilə ermənilər demək olar ki, böyük neft şəhərini ələ keçirərək 25000 dinc türk əhalisini qətlə yetiriblər” (1918-1922 Qodov v vospominaniyax odnoqo armyanina. SŞA,1928 ).
8) Z.Korkodyan: "1918-1920-ci illərdə daşnak vandalları Ermənistanda yaşayan 575 min azərbaycanlını qanına qəltan edərək 565000 əhalini silah gücünə doğma torpaqlarından vəhşiliklə çıxarıblar” (Naseleniye Sovetskoy Armenii. 1831-1932).
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az