Ermənistan 6 hərbçisinin öldüyünü ETİRAF ETDİ

Ermənistan 6 hərbçisinin öldüyünü ETİRAF ETDİ

16  noyabr  tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib. Hadisədən sonra öz itkilərinin sayını  gizlədən Ermənistan  bu  gün onların sayını etiraf edib.  

Miq.Az xəbər  verir  ki, bu  barədə  Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.  

 Məlumatda bildirilir ki, erməni tərəfinin 6 itkisi var:

"1990-ci il Baş leytenant Taron Civani Saakyan, 1991-ci il təvəllüdlü kiçik çavuş Merujan Arutyunyan, 1990-cı il təvəllüdlü Qurgen Sarkisyan, 1998-ci il təvəllüdlü kiçik çavuş Artur Martirosyan, 1980-ci il təvəllüdlü DavidAmiryan  və  həlak olan daha bir əsgərin kimliyi hələ də araşdırılır".

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az