Ermənistan əhalisinin üçdə ikisi yoxsulluq həddində yaşayır

Ermənistan əhalisinin üçdə ikisi yoxsulluq həddində yaşayır
Ermənistan əhalisinin üçdə ikisi real yoxsulluq həddində yaşayır.

"RİA Novosti" xəbər verir ki, bunu etnoqraf Qranuş Xaratyan deyib.

Onun sözlərinə görə, Ermənistanda insanlar yoxsul olduqlarını etiraf etməyə utanırlar: "Ona görə də statistika xidmətlərin göstəriciləri reallığı əks etdirmir. Bu gün Ermənistanda yoxsulluq səviyyəsi 41 min dram (86 dollar) səviyyəsində müəyyən edilib. O zaman, belə çıxır ki, 42 min drama yaşayan insan yoxsul deyil?!"

Q.Xaratyan əlavə edib ki, Ermənistanda orta təbəqənin nümayəndələrini müəyyən etmək də çətindir.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az