Ermənistan sərhəddə yeni hücumlar hazırlayır – Əsas plan nədir?

Ermənistan sərhəddə yeni hücumlar hazırlayır – Əsas plan nədir?

Ermənistan dövlət sərhədində atəşkəsi yenidən pozmağa başlayıb: 21-22 fevral tarixində Naxçıvan və Tovuz istiqamətində erməni hərbi birləşmələri tərəfindən atəş açılıb;

Bu təxribatın indi baş verməsi təsadüfi deyil və proseslər davamlı ola biləcəyi gözləntisini də yaradır.

Fevralın 21-də Avropa İttifaqının missiyası Ermənistanda praktiki fəaliyyətə başladı. Missiyanın iş qrafikinə Ermənistan-Azərbaycan sərhədində vəziyyəti monitorinq etmək də daxildir. Aİ missiyasının gəlişindən sonra Azərbaycanla sərhəddə təxribatların törədilməsi İrəvanın iki planından qaynaqlanır:

Birincisi, Azərbaycanı "hücum edən” tərəf kimi göstərmək və beynəlxalq müstəvidə Bakıya qarşı təzyiqlərə nail olmaqdır: bununla Aİ missiyasının hesabatına "material” hazırlayırlar;

İkincisi, Rusiyanın Ermənistanın təhlükəsizliyini qoruya bilmədiyini göstərmək, Aİ missiyasının təhlükəsizlik baxımından əhəmiyyətini isbatlamaqdır: Moskva KTMT-nin müşahidə missiyasını bölgəyə göndərmək istəsə də, İrəvan imtina etdi və "doğru qərar” verdiyini nümayiş etmək üçün bundan sonra sərhəd istiqamətində təxribat hücumlarını intensivləşdirəcək;

Asif Nərimanlı


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az