Ermənistanda əsgər güllələndi
Hərbçilərdən biri o birini güllələdi
Ermənistanda hərbi hissələrdən birində silahlı insident baş verib. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
İstintaq Komitəsinin məlumatına görə, səhər saat 08 radələrində kiçik serjant Qaqik Aruşeviç Mesropyan güllə yarası alıb və hospitala aparılarkən yolda ölüb.
İlkin məlumata görə, hərbçinin ölümünə səbəb silahla ehtiyatsız davranmaq olub. Belə ki, Mesropyan hərbçi yoldaşının silahla ehtiyatsız davranışı nəticəsində yaralanıb.
Faktla bağlı cinayət işi açılıb.
Miq.az