Ermənistanda işçilər yolu bağladı

Ermənistanda işçilər yolu bağladı
Ermənistanın paytaxtı Yerevanda "Nairit” zavodunun keçmiş işçiləri etiraz aksiyası keçiriblər.

Trend-in verdiyi məlumata görə, etirazçılar zavoda gedən yolu hərəkət üçün bağlayıblar.

Zavodun keçmiş işçiləri zavod rəhbərliyindən əmək haqlarının verilməməsi ilə bağlı yaranan cərimələrin ödənilməsini tələb edirlər.

Etiraz aksiyasının keçirildiyi əraziyə polis qüvvələri yeridilib.

Qeyd edək ki, "Nairit” zavodunun əməkdaşları son bir neçə il ərzində etiraz aksiyaları keçirərək əmək haqlarının verilməsini tələb ediblər. Bu cür aksiyalar hökumət evinin, eləcə də prezident iqamətgahının qarşısında keçirilib.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az