Ermənistanda tanınmış "kölgə milyonçusu" intihar edib

Ermənistanda tanınmış

 Ermənistanın paytaxtı Yerevanda 69 yaşlı erməni milyonçu Nikolay Qabrielyan intihar edib.


"Report” "Sputnik”ə istinadən xəbər verir ki, bu barədə yerli polis bildirib.

Nikolay Qabrielyan Qazi Kolya təxəllüsü ilə də tanınırmış. O, "Transqaz” Məhdud Məsuliyyətli Cəmiyyətin sahibi olub.

Onun özünü güllə ilə başından vurduğu iddia edilir.

Bildirilib ki, Nikolay Qabrielyan Ermənistanda kölgə milyonçularından bir olub. O, Ermənistanda cinayətkar aləmin tanınmış üzvlərindən sayılan Ara Vardanyanın (Çvçv Aro) qayınatası imiş. Vardanyan isə 2017-ci ilin yayında ölüb. 

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az