Ermənistanın çox qorxulu gizli silahı

Ermənistanın çox qorxulu gizli silahı
İrəvan regionu dəhşətli bombalarla hədələyir

ABŞ Rusiyanın cənub sərhədlərinin yaxınlığında gizli bioloji silah larbratoriyası yaradır.

Miq.az Virtual.az-a  istinadən bildirir ki, bu barədə bir sıra Rusiya KİV-ləri, o cümlədən Rusiya müdafiə nazirliyinin telekanalı "Zvezda”nın efirində xəbər veriblər. Telekanalın məlumatına görə, Amerikanın bioloji laboratoriyaları Rusiyanın Qafqazdakı forpostu olan Ermənistanda yerləşir.
BMT-nin kimyəvi və bioloji silah üzrə keçmiş eksperti İqor Nikulin "Zvezda”nın efirində bildirib ki, ABŞ hazırda laboratoriyaların Rusiyanın yaxın qonşularının və digər yaxın tərəfdaşlarının ərazisində inkişaf etdirməyi planlaşdırır:  
"Pentaqon hazırda Rusiya Federasiyasının bütün cənub ətəyində referens-laboratoriyaların yaradılması proqramı üzərində işləyir. Ukraynada 13 bu cür laboratoriya var, həmçinin Qazaxıstan, Qırğızıstan və s.-də planlaşdırılır”.
"Bu laboratoriyaların həqiqi məqsədi yalnız onların sifarişçilərinə məlumdur”.
Rusiyanın millətçi "Kolokol Rossii” nəşri bildirib ki, Ermənistanda ABŞ Müdafiə Nazirliyinin təhlükələrin azalması agentliyinin (Defense Threat Reduction Agency, DTRA) maliyyəsi ilə üç laboratoriya yaradılıb - İrəvanda, Gümridə və İcevanda artıq onlar fəaliyət göstərir.
2017-ci ildə isə bu cür larboratoriyalar, Loridə, Zəngəzurda və Göyçədə, yəni Azərbaycan və Gürcüstanla yaxın sərhədlərdə yaradılacaq.  
"ABŞ bu laboratoriyaların mülki təyinatından danışır, ancaq bu laboratoriyaların həqiqi məqsədləri yalnız onların sifarişçilərinə məlumdur”, - deyə "Kolokol Rossii” portalına müsahibəsində erməni ekspert Hayk Ayvazyan bildirib.
Bioloji bombalar hədəfə aşağıdakı yollarla çatdırılır: raketlərin döyüş başlığı ilə; aviasiya bombaları; artilleriya minaları və mərmiləri; təyyarədən atılan bağlamalar və s. Kütləvi qırğına səbəb olduğundan bu silahların istifadəsi beynəlxalq səviyyədə qadağandır. Azərbaycan bu məsələni beynəlxalq səviyyələrdə müzakirələrə çıxarmalıdır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az