Ermənistanın Müdafiə Nazirliyi yaralı əsgərin müalicəsinə pul axtarır

Ermənistanın Müdafiə Nazirliyi yaralı əsgərin müalicəsinə pul axtarır
Ermənistanın Müdafiə Nazirliyi yaralı əsgəri Avetis Zarqaryanın Hindistanda müalicəsi üçün pul tapmır. Ermənistan KİV xəbər verir ki, o, işğal altında olan Azərbaycan torpaqlarında gedən döyüşlərdə yaralanıb.

Nazirlik məsələ ilə bağlı açıqlamasında A.Zarqaryanın Moskvadan Dehliyə 9 saatlıq uçuşa dözməyəcəyini də bildirib.

Ermənistan KİV-i Müdafiə Nazirliyinin əsgərin müalicəsi ilə bağlı açıqlamasını məntiqsiz adlandıraraq, yazıb: "Açıqlamanın” məntiqi tam aydın deyil. Ona görə də təyyarə yaralını Moskvayadək apara bilərsə, o zaman niyə bu Dehliyədək mümkün deyil?!” ("Report”)

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az