Ərtuğrul Günay: “AKP ucubəliyini kənara qoymalıdır”

Ərtuğrul Günay: “AKP ucubəliyini kənara qoymalıdır”

“Çox təssüflər olsun ki, ölkədə keçirilən seçkilərdə səslərin 41 faizinə yaxının əldə edən Ədalət və Kalkınma Partiyası seçkilərdə ən çox millət vəkili qazanmasına və birinci partiya olmasına baxmayaraq, parlamentdə 10 fazilik həddi keçmə imkanı əldə edən digər üç partiya AKP ilə kalisiyon hökumət qurulmasını rədd edirlər. Bunun da səbəbi AKP-nin  tarixi dəyərlərindən uzaqlaşma yolunu seçməsi və ucubə bir siyasəti cəmiyyətə sırımaq niyyətidir”.

Vətəninfo.az  xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dönəmdə ölkənin Mədəniyyət və Turizm naziri olmuş Ərtuğrul Günay iştirak etdiyi TV-ya proqramında bildirib.

Ərtuğul Günay bildirib ki,  Ədalət və Kalkınma Partiyasında mövcud siyasət ondan ibarətdir ki, hər kəs partiyanın sabiq sədri,ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün xidmət etməlidir.

“Bu gün partiya daxilində hətta ölkənin öz xəttindən çıxdığını görüb,bu siyasəti dəyişliməsinin vacibliyini vurğulayanlar belə susdurulurlar. Əgər AKP-sı Rəcəb Tayyib Ərdoğanın dünyada örnəyi olmayan və rişğəntlə qarşılanan prezident üsul idarəsi modeli üzərində qurduğu siyasətdən imtina edib, parlamentdə təmsil olunan siyasi partiyalarla tez bir zamanda yeni hökumətin qurulmasına öz töhfəsini verməzsə o zaman vəziyyət bir qədərdə çətinləşəcək”. Sabiq Mədəniyyət və Turizm naziri  onuda vurğulayıb ki, bu gün parlamentin  siyasi formasına diqqət yetirdikdə AKP ilə MHP-nin birgə hökumət formalaşdırmaları daha yaxın görünür.

“Amma burda da MHP-nin şərtləri vardır ki, təbii ki, haqlı şərtlərdir. İlk olaraq bayaq qeyd etdiyim kimi prezident üsul idarəsi arzusundan AKP-nin imtinasıdır.İkinci bir şərt isə hakimiyyətin ölkədəki terrora son qoymaq üçün  başlatılan  çözüm (Aydınlatma) siyasətindən imtina etməsidir. Əgər AKP MHP-nin irəli sürdüyü müəyyən şərtləri də qəbul edərsə  AKP-MHP ittifaqında bir hökumət qurula bilər. Əks təqdirdə AKP ilə heç bir siyasi partiya ittifaq qurub hökumət formalaşdırmayacaq”.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az