Vətəninfo.az xəbər verir ki, bunu Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dönəmdə ölkənin Mədəniyyət və Turizm naziri olmuş Ərtuğrul Günay iştirak etdiyi TV-ya proqramında bildirib.
Ərtuğul Günay bildirib ki, Ədalət və Kalkınma Partiyasında mövcud siyasət ondan ibarətdir ki, hər kəs partiyanın sabiq sədri,ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan üçün xidmət etməlidir.
“Bu gün partiya daxilində hətta ölkənin öz xəttindən çıxdığını görüb,bu siyasəti dəyişliməsinin vacibliyini vurğulayanlar belə susdurulurlar. Əgər AKP-sı Rəcəb Tayyib Ərdoğanın dünyada örnəyi olmayan və rişğəntlə qarşılanan prezident üsul idarəsi modeli üzərində qurduğu siyasətdən imtina edib, parlamentdə təmsil olunan siyasi partiyalarla tez bir zamanda yeni hökumətin qurulmasına öz töhfəsini verməzsə o zaman vəziyyət bir qədərdə çətinləşəcək”. Sabiq Mədəniyyət və Turizm naziri onuda vurğulayıb ki, bu gün parlamentin siyasi formasına diqqət yetirdikdə AKP ilə MHP-nin birgə hökumət formalaşdırmaları daha yaxın görünür.