Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ad çəkmədən Suriya prezidenti Bəşər Əsədə siyasi və hərbi dəstək verən Rusiya və İranı sərt tənqid edib.
APA-nın "Milliyet”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan "Sumitomo Rubber Ako” təkər fabrikinin açılış mərasimində çıxış edərkən bildirib ki, Suriyada dövlət terroruna dəstək verən dünya ölkələri bu cinayətə ortaqdır. O qeyd edib ki, Suriya məsələsinə düzgün yanaşma olmadıqca bu problem bütün dünyanı öz içinə alan bir girdaba çevrilir: "Dünyanın bəzi ölkələri dövlət terroru həyata keçirən Bəşər Əsədə dəstək verməklə tarixin bağışlamayacağı ölkələrə çevrilirlər”.
R. T. Ərdoğan Türkiyə üçün PKK, PYD YPG, DHPKC və İŞİD terror
təşkilatlarının heç bir fərqinin olmadığını, bəzilərinin isə PKK və
DHPKC kimi təşkilatları "təmiz” göstərməyə çalışdıqlarını vurğulayıb: "İŞİD-in
Suruçda partlatdığı bomba ilə PKK-nın Qaziantepdə partlatdığı bomba
arasında nə fərq var? İŞİD bombaları ilə ölənlər insandır, PKK-nın
bombaları, raketləri, silahları ilə ölənlər insan deyilmi? Terror
təşkilatlarından birinin fəaliyyətinə səssiz qalıb, digər terror
təşkilatına qarşı səsini qaldıran kim varsa, terrorun yanında yer alır.
Türkiyənin terror təşkilatlarına qarşı mübarizə apardığı bir dövrdə
olaylarda dövlətin və mənim məsuliyyət daşıdığımı deyənlər bu terror
təşkilatları ilə eyni cərgədədirlər”. Vətəninfo.az
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?