Əsədə sığınacağı Rusiyada başqa kim verə bilər ki?

Əsədə sığınacağı Rusiyada başqa kim verə bilər ki?
Suriyanın keçmiş prezidenti Bəşər Əsədə və onun ailəsinə Rusiyada sığınacaq verilməsi qərarı yalnız Prezident Vladimir Putin tərəfindən verilə bilər.

Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Təbii ki, dövlət başçısı olmadan belə qərarlar qəbul edilə bilməz. Onun qərarıdır. Sizə deyəcək başqa heç nəyim yoxdur”, - Peskov bildirib.

Qeyd edək ki, 8 dekabrda "Heyət Təhrir əş-Şam” qruplaşması Dəməşqi ələ keçirib və Əsəd rejimini devirdiyini elan edib. Bəşər Əsəd və ailəsi Rusiyaya sığınıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az