İranda molla rejimi ağız dolusu danışır ki,İmam Sahib Zaman ağa zuhur edəcək və zalimlərin dərsini verəcək.İmam Sahib Zaman ağa sən demə İranın adamı imiş.Zuhur etməsinin səbəbi zülümün yayılması olmasına baxmayaraq ,İMAM Sahib Zaman ağa İranın siyasətinə uyğun bəzi ölkələrdə İranın maraqlarına görə zülmə göz yumur.
Misal üçün.İran başlanğıcda Ərəb Baharını dəstəklədi və Ərəb Baharaının İran İslam İnqilabından təsirləndiyini dilə gətirdi.Hətta bəzi İranın dini xadimləri ərəb baharını İmam Sahib Zaman ağa tərəfindən həyata keçirildiyini dilə gətirdi.Çox gözəl.İmam Sahib Zaman ağa zalım ərəb rejimlərinin zülmünə dözmədi.
Amma nə zamankı Ərəb Baharı İranın müttəfiqi Suriyaya gəldi o zaman İmam Sahib Zaman ağa susdu.Ərəb Baharını dəstəkləyən İranın dini xadimləri başladılar ki,Suriya başqadır.
Hə nə oldu.İmam Sahib Zaman ağa deyəsən İranın siyasətinə uyğun hərəkət edir.Ağlaysan yoxsa güləsən insan çaşıb qalır.
Bəşşar Əsədin admaları küçədə insanları diri diri yandırır,diri diri basdırır amma İmam Sahib Zaman ağa susur.Nə üçün? İmam Sahib Zaman ağa bəyəm siyasətçidir ki,İranın siyasi maraqlarına uyğun hərəkət edir?
Gələk Qarabağ məsələsinə.Azərbaycanda İranın nökərləri üzdən irağ din xadimləri deyirlər ki,İmam Sahib Zaman ağa hardasan.Qarabağda ermənilər torpaqlarımızı işğal edib.İmam Sahib Zaman ağa zuhur edən kimi ermənilərin dərsini verəcək.Amma unudurlar ki,İranın dini xadimləri Ermənistana hər cür yardım edirlər.Bəs İranın dini xadimləri qorxmurlar ki,İmam Sahib Zaman ağa onlardan hesab soracaq.
Mənə elə gəlir ki,İranın dini xadimləri elə İmam Sahib Zaman ağayada atırlar.Çünki İranın dini liderləri deyir ki,biz vaxtdan vaxta İmam Sahib Zaman ağa ilə görüşürük.Bəs bir cə dəfədə İmam Sahib Zaman ağa bunlara demir ki,a balam nə üçün Ermənistana yardım edirisniz.
Mənə elə gəlir ki,mollalar İmam sahib Zaman ağa ilə görüşəndə Qarabağ məsələsi barədə İmam Sahib Zaman ağaya yanlış məlumatlar verirlər.Yoxsa İmam Sahib Zaman ağa susmazdı və Qarbağ məsələsində ermənilərin deyil məhz Azərbaycanın tərəfində olardı.