"Faytonçu" Nazimin şikayət etdiyi klinikada daha bir ölüm

Klinikada ölüm hadisəsi baş verib

"Faytonçu" Nazimin (Nazim Pişyari) şikayət etdiyi  "Elmed" klinikasında ölüm hadisəsi baş verib.
Miq.az  xəbər verir ki, bu barədə oxu.az-a vəkil Ceyhun Yusifov məlumat verib. Vəkil bildirib ki, "Faytonçu" Nazimin şikayətçi olduğu klinikada bir vətəndaş əməliyyatdan sonra dünyasını dəyişib: "Elmed" klinikasının fəaliyyəti və həkimin səriştəsizliyi barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdik. Səhiyyə Nazirliyinə də klinikanın fəaliyyətinin yoxlanılması barədə müraciət ünvanlamışıq. Orada araşdırmalarımız zamanı  Rüstəmova Məfluqə Arif qızı adlı xəstənin estetik əməliyyatdan bir neçə gün sonra dünyasını dəyişdiyi məlum olub. Hazırda o işlə bağlı araşdırma aparılır və  Binəqədi rayon Prokurorluğunda Vaqif Axundovun icraatındadır".
Vəkil onu da  qeyd edib ki, həmin klinika ilə bağlı Səhiyyə Nazirliyi tərəfdən SOS siqnalı çalınmalıdır: "Klikanın maddi-texniki vəziyyəti onun peşəkar tibb  fəaliyyətinin göstəricisidir".
Qeyd edək ki, öd kisəsindən əziyyət çəkən "Faytonçu" Nazim 4 dəfə əməliyyat olunub, sonda ona onkoloji xəstəliklə bağlı yanlış diaqnoz qoyulub. Bundan sonra müğənni hüquq-mühafizə orqanlarına müraciət edib. Daha sonra Nazim Pişyarinin əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim Elman Əzimovun isə əmlakı üzərinə həbs qoyulub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az