Fazil Mustafa Rafael və Coşqundan Abutalıbova şikayət etdi

Fazil Mustafa Rafael və Coşqundan Abutalıbova şikayət etdi

"Sabah Bakı şəhəri İcra Hakimiyyətinni Başçısı Hacıbala Abutalıbova məktub göndərirəm. Məktubun məzmunu ilə sosial şəbəkədə olan insanlarımızın tanış olmasını məqsədəuyğyn hesab edirəm".


Bu sözləri Facebbok sosial şəbəkəsində deputat Fazil Mustafa paylaşıb. Millət vəkili  “Bu şəhərdə”nin qəhrəmanları Rafael və Coşquna etiraz olaraq Bakı şəhəri İcra Hakimiyyətinin Başçısı Hacıbala Abutalıbova göndərdiyi məktubun məzmunu:

"Millət vəkili Fazil Mustafanın “Bu şəhərdə”nin qəhrəmanları Rafael və Coşquna etiraz

Hörmətli Hacıbala müəllim!

Son vaxtlar Bakı şəhərinin əksər ictimai yerlərindəki reklam lövhələrində “Azərsell

” Şirkətinin fəaliyyətini təbliğ edən reklam çarxından götürülmüş müxtəlif afişalar yerləşdirilmişdir. Bu afişalarda yer alan şəkillər Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri arasında ciddi müzakirə mövzusuna çevrilmişdir. Belə ki, konkret bir reklama aid afişalarda qadın geyimi geymiş bəzi kişi cinsinə mənsub aktyorların gülümsəyərək şirkətin təbliğatını həyata keçirməsi cəmiyyətimizin mənəvi mühitinin korlanmasına rəvac vermişdir. İnsanlar bir tərəfdə Olimpiya çempionlarının reklam çarxları ilə qürur duyur, digər tərəfdən isə qadın paltarı geymiş kişilərə baxıb xəcalət hissi keçirirlər. Onsuz da şəhərimizdəki nəqliyyat tıxaclarından təngə gəlmiş vətəndaşlarımızın üstəlik bu cür bədnam reklam afişalarından da psixoloji sarsıntılar yaşamasına yol vermək olmaz. Bakıya gələn xarici qonaqların da Azərbaycan kişilərinin qadın geyimində şəkillərini görüb ölkəmiz haqqında başqa cür düşünə biləcəklərini də diqqətə alaraq, cəmiyyətimizə hörmətsizlik gətirən bu afişaların dərhal yığışdırılması üçün tərəfinizdən tədbirlər görüləcəyinə ümid edirəm.

Hörmətlə:

Fazil Mustafa

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı

10 dekabr 2012-ci il "



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az