FETÖ-nün Azərbaycan təmsilçilərindən biri həbs edildi
Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycanda təmsilçilərindən olan Faruk Yıldız həbs olunub. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Türkiyəyə gələrkən hava limanında saxlanılan F.Yıldız Ankara Terrorla Mübarizə İdarəsinin əməkdaşlarına təhvil verilib. Bundan sonra isə Ankara məhkəməsinə gətirilib.
İstintaqı aparan məhkəmə hakiminə ifadə verəndən sonra F.Yıldız məhkəmə qərarı ilə həbs olunub.
Xatırladaq ki, F.Yıldız Azərbaycanda fəaliyyət göstərən "Yıldız Elektrik” mağazalar şəbəkəsinin sahibidir.
Miq.Az