Fətva: Qadınların ərlərinin telefonuna baxması haramdır

Fətva: Qadınların ərlərinin telefonuna baxması haramdır

Misirin "Darül-Fətva" tədris mərkəzinin müftisi şeyx Amru Vardani qadının öz həyat yoldaşının telefonuna icazəsiz baxmasının haram olduğunu bildirib.

Miq.Az Trend-ə istinadən xəbər verir ki, tanınmış müfti bildirib ki, qadının öz ərinin telefonunu "təftiş etməsi" haramdır və qəbuledilməz addımdır.

A.Vardani qeyd edib ki, bu addım bir çox ailələrin dağılmasına səbəb olduğu üçün müvafiq fətvanı verib.

Müftinin bu bəyanatı Misirdə qadınlar tərəfindən etirazla, kişilər tərəfindən isə alqışla qarşılanıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az