"Azərbaycan Konstitusiyası İlham Əltiyevin üçüncü dəfə prezident seçkilərində iştirak etmək hüququnu verir. Azərbaycan xalqının mütləq əksəriyyətinin iradəsi bundan ibarətdir ki, ölkə prezidenti qarşıdıan gələn seçkilərdə bir daha öz namizədliyini irəli sürsün. Bununla da davam etdirdiyi işləri daha yüksək zirvələrə qaldırsın. Xalq bunun arzusundadır".
Bu fikirləri «Vətəninfo.az» saytına açıqlamasında «Ana Vətən» Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı sələndirib. Onun sözlərinə görə, beləliklə ölkə prezidenti 2013-cü ildə öz namizədliyini verməklə əslində müxalifətin arzularını alt üst edir: «Onlar çox gözəl başa düşürlər, etiraf edirlər ki, müxalifətin ayrı aryrı və bütövlükdə gücü İlham Əliyevin namizədliyi qarşısında son dlərəcə zəifdir. Onlar hətta vahid namizədlə seçkiyə qatılsalar da uğur qazanmaq şansları yoxdur. Bilirlər ki, İlham Əliyevin namizədliyini irəli sürməsi onların məğlubiyyətini qaçılmaz edəcək. Ona görə də bəri başdan ictimai rəyi hazırlamağa, beynəlxalq güclərlə bağlı olmayan məsələləri də ictimai rəyə ötürməyə cəhd edirlər ki, daxildə müəyyən adamları öz tərəflərinə çəksinlər. Beləliklə də belə bir təəssürat yaratsınlar ki, başlıca məqsədləri İlham Əliyevin prezident seçkilərində iştirakına imkan verməməkdir. Bu isə o deməkdir ki, onlar dolayısı ilə İlham Əlyievin gücü qarşısında öz acizliklərini etiraf edirlər». F.Ağamalının fikrincə müxalifətin özü yaxşı durumda deyil və prezident seçkiləri ərəfəsində öz aralarında olan intriqalar daha da dərinlşəcək.
Firudin