"Fransa Prezidenti və parlamenti, həddinizi aşmayın!" - MM-in komitə sədri


"Fransa Prezidenti və parlamenti, həddinizi aşmayın!"

"Report” xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin dekabrın 2-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Fransa hər zaman ikiüzlülük edib:

"Qətnamənin mətnini oxuyanda müşahidə etdim ki, mətn kopyalanmadır. 30 il ərzində ermənilər işğal etdikləri ərazilərdə daş üstündə daş qoymayıblar. Qarabağda hansı erməni abidəsi var? Təhlükəsizlik məsələsindən danışırlar. 30 ildə 1 milyon qaçqınımız və köçkünümüz oldu. Niyə onların hüquqları ilə bağlı səs qaldırmadılar? Budur sizin demokratiya?!”

Z.Əsgərov əlavə edib ki, Fransa bu günə qədər 5 respublika qurub, amma içini düzəldə bilmədi:

"Yenə düşmənçilik, islamafobiya, türkofobiya, antisemitizm. Niyə qoymursunuz, Ermənistanla Azərbaycan arasında sülh danışıqları davam etsin? Nədir məqsədiniz? Bir öz tarixinizə baxın. Azərbaycanı tarixi abidəri dağıtmaqda günahlandırırlar. Hamısı böhtan, yalandır. Vyetnamdan tutmuş Afrikaya qədər 50 ölkəni işğal ediblər. Fransa rəsmi olaraq Afrikanın 14 ölkəsindən öz dövlət büdcəsinə vergi vermələrini məcbur edir. Budur ədalət? Bilin və agah olun, həddinizi aşmayın, Fransa Prezidenti və parlamanti. Bilin ki, Qarabağ Azərbaycandır!”

Spiker Sahibə Qafarova isə qeyd edib ki, azərbaycanlılar heç bir tarixi abidəni dağıtmayıb:

"Azərbaycanlılar 30 il orda olmayıblarsa necə dağıda bilərdilər?!”


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az