Fransada etirazlar səngimək bilmir
Şənbə günü Fransanın paytaxtı Parisdə hakimiyyət tərəfindən təklif olunan təqaüd islahatına "sarı gödəkçələr" hərəkatının tərəfdarları etiraz aksiyası keçirib.
Miq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, etirazçılar həddən artıq aqressiv olduğu üçün Fransa polisi nümayiş zamanı üç nəfəri saxlayıb.
Fransa polisinin mətbuata verdiyi məlumata görə, insanlar ticarət mərkəzlərinin yaxınlığında yanğın törədiblər. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Günay Arifqızı