Vətəninfo.az xəbər verir ki, Ukraynada hökumətin bütün üzvlərinin iştirakı ilə keçirilən iclasda baş nazir Arseni Yasenyuk çıxışı zamanı gündəmdəki məsələlər haqqında çıxışını dayandıraraq bildirib ki, bir az əvvəl daxili işlər naziri Arsen Avakov onunla əlaqə saxlayıb və hökumətdə iki yüksək vəzifəli şəxsin rüşvət almaqda ittiham edildiyini bildirib. ”Bir azdan məsul şəxslər bura gələcəklər və həbsi həyata keçirəcəklər”.

Baş nazirin bu açıqlamasından bir neçə dəqiqə sonra iclasın keçirildiyi salona mülki geyimli iki xüsusi xidmət orqanı əməkdaşı ilə bir neçə polis daxil olub. Mülki geyimli şəxslər Ukrayna fövqəladə hallar nazriri Sergey Boçarovski ilə müavini Vasili Stoyetskinin oturduğu masaya yaxınlaşaraq “Sizin ikinizin adı rüşvət və korrupsiya hadisəsinə qarışdığı üçün elə buradaca həbs ediləcəksiniz” - deyiblər. Nazir və müavininin şəxsiyyət sənədləri yoxlandıqdan sonra hər ikisinin qoluna qandal bağlanaraq zaldan çıxarılıblar. Hökumət üzvləri iclasda şahidi olduqları bu hadisənin təsirindən çıxsa da, baş nazir bildirib ki, fövqəladə hallar naziri Boçarovski ilə müavini Stoyetskinin rəhbərlik etdikləri nazirlik üçün lazım olan yanacaq tədarükü ilə bağlı müqavilələrin imzalanması zamanı rüşvət almaqda ittiham olunurlar.

Arsen Yasenyuk “Rüşvət müqabilində çox bahalı yanacaq tədarükü müqavilələri bağlayıblar” - deyib. Baş verən həbslərlə bağlı artıq siyasi açıqlamalarda verilməyə başlanılıb və belə bir hadisəni Gürcüstanda bir vaxtlar Saakaşvilinin həyata keçirdiyi “Təmiz əllər” əməliyyatlarına bənzədiblər.
Vətəninfo.az