Gəlin ərini döyüb qayınanasını baltaladı - Qobustanda DƏHŞƏTLİ HADİSƏ

Gəlin ərini döyüb qayınanasını baltaladı - Qobustanda DƏHŞƏTLİ HADİSƏ
Qobustan rayonunda gəlin həyat yoldaşı və qayınanasına xəsarət yetirib.

Miq.az-ın Trend-
ə istinadən məlumatına görə, hadisə rayonun Poladlı kəndində baş verib.

Həmin kənddə yaşayan 1992-ci il təvəllüdlü İbrahimova Siyatel Adil qızı ailə münaqişəsi zəminində həyat yoldaşı, 1991-ci il təvəllüdlü Əkbərov Ağababa Əkbər oğlu ilə mübahisə edib.
Mübahisə nəticəsində S.İbrahimova əlindəki metal qəfədanla əri A. Əkbərovun baş nayihəsinə zərbə endirərək ona xəsarət yetirib.
Hadisədən bir neçə saat sonra S.İbrahimova balta ilə ət doğrayarkən qayınanası Tahirə Əkbərova ilə mübahisə edib. Nəticədə gəlin əlindəki balta ilə qayınanasının baş nayihəsinə zərbə endirərək ona xəsarət yetirib.
Faktla bağlı Qobustan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 127. 1-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az