Gənc bloqqer Mehman Hüseynov yoxa çıxıb
Dostlarının sözlərinə görə, onun mobil telefonuna da zəng çatmır
Gənc bloqqer Mehman Hüseynovun naməlum şəraitdə yoxa çıxması barədə xəbərlər yayılıb. İstiPress xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkələrdə məlumatlar paylaşıb.
Deyilənlərə görə, o, yaxın bir dostu ilə görüşmək üçün evdən, ancaq görüş yerinə çatmayıb. Bundan sonra onun telefonlarına da zəng çatmayıb.
Bu barədə M.Hüseynovun yaxınları ərazi üzrə Nəsimi RPİ-nin 22-ci polis bölməsinə müraciət edib və onun itməsi barədə polisi məlumatlandırıb.
Qeyd edək ki, M.Hüseynov sosial şəbəkələrdə daha çox sərt statusları tanınıb.
Miq.az