Gənc mühacirin Almaniyadan Bakıya cənazəsi gəlir

Gənc mühacirin Almaniyadan Bakıya cənazəsi gəlir

Azərbaycanlı mühacirin qürbət ölkədən vətənə cənazəsi gəlir.

Miq.az criminal.az-a istinadən xəbər verir ki, Almaniyanın Nürnberq şəhərində mühacir həyatı yaşayan 29 yaşlı Zaur Abdullayev dünyasını dəyişib. 

Almaniyadakı həmvətənlərimizin verdiyi məlumata görə, Z.Abdullayev vərəm xəstəliyindən əziyyət çəkirdi. Almaniyada müalicəsini davam etdirsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanada vəfat edib. 

Cənazənin Bakıya göndərilməsi üçün maliyyə toplanılır. 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az