Gəncə hadisələrinə görə həbs edilmiş şəxslərdən bir neçəsinin adı məlum olub

Gəncə hadisələrinə görə həbs edilmiş şəxslərdən bir neçəsinin adı məlum olub
Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar həbs edilmiş şəxslərdən bir neçəsinin adı məlum olub.

"Report”un xəbərinə görə, bunlar Rauf Bayramov, Elşən Məmmədov, Urfan Məmmədov və Abbas Abbasovdur.
Həmin şəxslərin barələrində ötən həftə həbs qətimkan tədbiri seçilib.
Onların barəsində Cinayət Məcəlləsinin 120.2.7; 120.2.3; 120.2.11; 120.2.1; 120.2.10; 120.2.3; 120.2.10; 120.2.7; 120.2.11; 214.2.6; 220.1; 228.1; 228.4; 214.2.1; 214.2.3; 228.3; 234.1; 281.2; 277; 278.2 və 315.2-ci maddələri (ümumilikdə 21 maddə) ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Gəncə hadisələri iyulun 3-də və 10-da törədilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az