Gəncədə eyni gündə iki ana ölümü

Gəncədə eyni gündə iki ana ölümü

Gəncədə ana ölümü, körpənin sağlığı normaldır

Yanvarın 4-də Gəncədə qadının doğuş zamanı vəfat etdiyi bildirilir. Ölüm hadisəsi Gəncədəki Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının ginekologiya şöbəsində baş verib.

Bu haqda həyatını itirən 24 yaşlı Səkinə Əsgərova-nın dayısı məlumat verib.

Onun bildirdiyinə görə, doğuş normal keçib. Ancaq ardınca gənc ananın böyrəklərində problem yaranıb.

Həkimlərin müdaxiləsi faydasız olub. Gənc ana həyatını itirib.

Mərhum Səkinə Əsgərovanın yeni doğulmuş körpəsi sağ qalıb. Qohumunun bildirdiyinə görə,körpənin sağlıq durumu normaldır.

Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasından isə, hələlik, baş verənlərə münasibət almaq mümkün olmayıb. İş günü olmadığından Səhiyyə Nazirliyinin də məsələyə münasibəti öyrənilməyib.

Həmin gün həmin xəstəxanada daha bir ana ölüb

Yanvarın 4-də Gəncədəki Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının ginekologiya şöbəsində daha bir ana ölümünün baş verdiyi bildirilirdi.

Mediada yayılan xəbərlərdə qeyd edilirdi ki, 29 yaşlı Gülşən Aslanova abort zamanı narkozdan ayılmayıb. //Azadlıq.org

Qeyd: Gəncədən miq.az-a zeng edən oxucu bizə bildirdi ki, hadisə eyni xestexanada yox, biri Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Genekoloji xəstəxanada, digəri isə Gəncə şəhər Regional Perinatal Mərkəzində baş verib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az