Gəncədə qəza: Xəsarət alanlar var

Gəncədə qəza: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "Chevrolet” markalı minik maşını yolun kənarında dayanan digər avtomobilə çırpılıb.
Qəza zamanı "Chevrolet”nin sürücüsü, 1983-cü il təvəllüdlü Vaqif Tapdıq oğlu Rəhimov və onun övladı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az