Gənclər Zərərli Vərdişlərə “Yox!” Dedilər..!

Gənclər Zərərli Vərdişlərə “Yox!” Dedilər..!

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi üzrə...

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VII qrant müsabiqəsi üzrə maliyyələşdirdiyi, Xəzər Rayon Gənclər və İdman İdarəsinin, həmçinin "İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin təşkilati dəstəyi ilə "Zərərli Vərdişlərə Yox Deyək” adlı rəsm sərgisi keçirilmişdir. Tədbir 3 gün davam edib. 
 
Birinci gün gənclər zərərli vərdişlərin düzgün anlaşılması, onların insan həyatına təsiri, həmçinin onlardan qaçmağın, yayınmağın yolları mövzusunda maarifləndirilmişdir. Gənc rəssamlar həmin gün artıq mövzu çərçivəsində şəkillər gətirmiş və sərgi açılmışdır. Növbəti gün gənc rəssamlar öz əsərlərini izah eddərək, həmin əsərlərdəki fikirlərini bölüşüblər. Sonuncu gün isə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, həmçinin "İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin sədri Hidayət Kərimovun iştirakı ilə gənclər mükafatlandırılaraq, ilk 3 yer hədiyyə və diplom ilə, digər iştirakçılar isə sertifikatla təltif olunmuşlar. Sonda isə moderator tərəfindən gənclər bu kimi layihələrə dəvət olunmuş və tədbir xatirə şəkilləri ilə yekunlaşmışdır.
Qeyd edək ki, layihənin əsas məqsədi Xəzər rayonunda yaşayan xüsusi istedadlara malik yeniyetmə və gənclərin öz bacarıqlarını nümayiş etdirməsi, həmçinin zərərli vərdişlərin mənfi təsirinin düzgün dərk edilməsi və bunun təbliğidir.
 
 


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az