Gərgin gecə: Bölgə İran PUA-ları ilə bombardman edildi

Gərgin gecə: Bölgə İran PUA-ları ilə bombardman edildi

Rusiya qüvvələri gecə saatlarında "Şahid” (İran) dronları ilə Ukrayna ərazilərinə zərbələr endiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Ümumilikdə 17 dron buraxılışı qeydə alınıb. Ukraynanın hərbi aviasiyasının qüvvə və vasitələri 13 "Şahid”i məhv edib.

Bundan əlavə, Rusiyanın 15 hərbi obyektinə zərbə endirilib.

Gecə saatlarında bir sıra regionlarda - Vinnitsa, Çerkassı, Kirovoqrad, Odessa, Zaporoje, Xmelnitski və Çernivtsidə hava xəbərdarlığı elan edilib.

Məlumata görə, Rusiya Qara dənizdən Ukrayna ərazilərini "Kalibr” qanadlı raketləri ilə də vurub.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az