Girov götürülən rəis danışdı: "Böyük zərbə vurdular"

Girov götürülən rəis danışdı:
Daxili İşlər naziri Əfqan Ala, Baş Qərargah rəisi general Hulusi Akar və hərbi qüvvə komandanları çevriliş günü hücuma məruz qalan Ankara polisini ziyarət ediblər.
 
Axar.az xəbər verir ki, Akar polislərlə görüşdə xainlərin ölkəyə böyük ziyan vurduqlarını bildirib.
 
"Eyni inamla, əzmlə, səylə əsgər və polislərimizlə birgə ölkəmiz, millətimiz üçün bizə düşən vəzifəni ən yaxşı şəkildə davam etdirəcəyik. Bu alçaqlar, uniforma geyinmiş bu xainlər ölkəmizə, millətimizə, xüsusilə silahlı qüvvələrimizə çox böyük zərbələr vurdular. Bunlar məhkəmə qarşısında mütləq ən ağır şəkildə cəzalandırılacaqlar, bundan heç şübhəmiz yoxdur", - Akar qeyd edib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az