Güclü külək paytaxtda ağacları AŞIRDI
Bu gün səhər saatlarında paytaxtda müşahidə olunan külək 14 ağacı aşırıb.
Bu barədə Publika.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.
Onun sözlərinə görə, ağac aşması ilə bağlı şikayətlər əsasən paytaxtın Xətai rayonundandır:
"Bu gün səhər saatlarında artıq Xətaidən 8 müraciət daxil olub. Digər müraciətlər Nəsimi, Nərimanov və Sabunçu rayonlarındandır. Bəzən sakinlər ağacın bir neçə budağının sınmasından narahat olub, müraciət edirlər”.
O.Məmmədov ağacların aşması nəticəsində bu saata qədər xəsarət alan olmadığını deyib:
"Ötən gün bəzi ərazilərdə tikili, maşın və elektrik xətlərinin üzərinə ağaclar aşsa da, bu gün belə müraciətlər olmayıb”.
Miq.az