Gülən gizli şəkildə Azərbaycana gəlib – MİT-in ŞOK HESABATI

Gülən gizli şəkildə Azərbaycana gəlib – MİT-in ŞOK HESABATI
Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) 1996-cı ilin 17 dekabr tarixində Fətullah Gülənlə bağlı hazırladığı hesabat ortaya çıxıb.

Publika.az xəbər verir ki, 11.001.156/24746 saylı "İncələmə” adlı hesabatda Fətullah Gülənin təşkilatlanması haqda detallar yer alır.

Hesabatda Gülənin 1968-ci ildən 1995-ci ilə qədər olan müddətdə fəaliyyəti əks olunub. Diqqət çəkən detallardan biri Fətullah Gülənin Azərbaycana səfəri ilə bağlıdır.

"1992-ci ildə Azərbaycana gedərək, telekanal qurmaq fəaliyyətinə start verdi. Eyni tarixdə Risalə Nur İnstitutunun fəaliyyətinə istiqamət vermək məqsədilə gizli olaraq ABŞ-a getdi”, - deyə MİT-in Fətullah Gülən haqqında 1996-cı ildə hazırladığı hesabatda qeyd olunur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az