İrəvanın mərkəzində azərbaycanlı diversant saxlanılıb?
Ermənistan Daxili İşlər Nazirliyi virtual məkanda İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanılması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan DİN məlumat yayıb.
Məlumata görə, İrəvanın mərkəzində polis rusiyalı turisti narkotik maddədə şübhəli bilinərək saxlayıb:
"Hadisə ötən gecə baş verib. Rusiya vətəndaşı Maştots prospekti ilə Əmiryan küçəsinin kəsişməsində saxlanılaraq paytaxt administrasiyasının mərkəzi şöbəsinə aparılıb. Lakin onun üzərindən narkotik tapılmayıb və onun Ermənistana turist kimi gəldiyi məlum olub”.
Qeyd edək ki, erməni mətbuatında İrəvanın mərkəzində azərbaycanlı diversantın saxlanıldığı barədə xəbər yayılmışdı.
****
"Sosial şəbəkələrdə İrəvanın mərkəzində azərbaycanlı diversantın həbs edilməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil”.
Bunu Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan deyib.
O bildirib ki, saxlanılan şəxs azərbaycanlı deyil:
"Aprelin 8-i gecə saatlarında polis paytaxtda bir şəxsi narkotik maddə daşımaqda şübhəli bilərək saxlayıb. Daha sonra həmin şəxs polis idarəsinə aparılıb. Onun Rusiya vətəndaşı olduğu üzə çıxıb. Həmin şəxsin Ermənistana turizm məqsədi ilə gəldiyi məlub olub. Üzərində heç bir narkotik maddə aşkar edilməyib”.