Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA

Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
 İyunun 6-da (06.06.2026-cı il) Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən 556 nikahın bağlanması dövlət qeydiyyatına alınıb.

Gununsesi.info – nun sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin məlumat verilib.

Məlumata əsasən, qeyd olunan tarixdə ölkə üzrə yüzlərlə ailənin rəsmi nikah qeydiyyatı aparılıb. Nikahların dövlət qeydiyyatı qanunvericiliyə uyğun olaraq qeydiyyat şöbələri və aidiyyəti qurumlar vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda son rəsmi statistikaya əsasən, gündəlik orta hesabla 130-135 cütlük (təxminən 270 nəfər) rəsmi olaraq evlənir. Bu rəqəm il ərzində qeydə alınan ümumi nikah göstəricilərinin günlərə bölünməsi ilə hesablanır.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az