Gülər Əhmədovaya cinayət işi açıldı

Gülər Əhmədovaya cinayət işi açıldı

Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb

Bu gün Baş Prokurorluqda Gülər Əhmədovun rüşvət videosu ilə bağlı cinayət işi başlanıb. 

Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan xəbərə görə, audio və videoyazılarda dələduzluğun, yəni etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmənin əlamətləri olduğundan həmin məlumatların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmək məqsədilə çoxsaylı təxirəsalınmaz istintaq və istintaq-əməliyyat tədbirlərinin keçirilməsinin zəruriliyini nəzərə alaraq toplanmış material üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

25 sentyabr 2012-ci il tarixdə Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videoçəkilişlərdə əks olunan məlumatlar Bakı şəhər prokurorluğunda araşdırılıb. 

İş üzrə məhkəmə-portret, video və audioyazıların kriminalistik ekspertizaları təyin edilmiş, müvafiq orqanlara tapşırıqlar göndərilmiş, zəruri sorğular və əməliyyat tapşırıqları verilib.

Hazırda iş üsrə dindirmələr və digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.

İstintaqın gedişi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Gülər Əhmədovanın millət vəkili toxunulmazlığı qaldırılır


Həmin qərara əsasən, bu böyük biabırçılıqdan hakimiyyəti çıxarmaq, dövlətin yüksək vəzifəli məmurlarını hədəfdən yayındırmaq məqsədi ilə deputat Gülər Əhmədova qurban veriləcək.

“Bu məsələ ilə bağlı cinayət işinin başladılacağı və prokurorluğun Gülər Əhmədovanın toxunulmazlığını qaldırmaq üçün Milli Məslisə müraciət edəcəyi planlaşdırılır. Tamamilə mümkündür ki, bu barədə bu gün, 28 sentyabrda rəsmi xəbər yayınlansın ”. Mənbə qeyd edir ki, bu gün bu faktla bağlı Respublika Prokurorluğunun rəsmi açıqlaması yayıla bilər.

Qeyd edək ki, Gülər Əhmədovanın facebook profilində deputatın insult keçirməsi barədə xəbər yayılıb. Bir sıra ekspertlər hesab edirlər ki, bütün bunlar deputatın məsuliyyətdən və həbsdən yayınması üçün düşünülmüş addımlardır.

Musavat.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az