Günel sübut üçün arxiv FOTOsunu üzə çıxartdı
Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova sosial
şəbəkədə 17 il əvvəl çəkilən fotosunu paylaşıb. Fotodan da aydın görünür
ki, keçən 17 il yalnız Günelin xeyrinə işləyib. Belə ki, ötən illər
ərzində daha da gözəlləşən ifaçı indiyədək heç bir cərrahi və estetik
müdaxilə etmədiyini də bildirib. 13 yaşlı Günellə bugünkü Günelin fərqi
yalnız qaşlarındadır:
"Uşaqlıq
şəklimdir. 1998-ci il. Şəkildə 13 yaşım var. Hazırda 2015-ci ildir. Bu
fotonu heyranım göndərib. Mən də paylaşmaq istədim. Burada yalnız
qaşlarım boldur. Bu illər ərzində yeganə dəyişiklik qaşlarımı
təmizləməyimdir. Bu qədər... Estetik əməliyyat varmı? Dişimdə, burnumda,
çənəmdə nəsə dəyişib? Vallah yox... Mən də böyüdüm. Amma yenə də şəkər
kimiyəm. Kaş məktəbdə dostlarım bilərdilər ki, belə olacağam. Hər
birimizin belə fotoları vardır”.