Vətəninfo.az "Report”a istinadla xəbər verir ki, tədbirdə DQİDK-nin sədri Mübariz Qurbanlı, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, Azərbaycan gözdən əlillər cəmiyyətinin sədri Səmyar Abdullayev, din xadimləri, millət vəkilləri və icitmaiyyət nümayəndələri iştirak edib.
DQİDK sədri Mübariz Qurbanlı Qurani-Kərimin Brayl əlifbası ilə çap edilməsi prosesinə bu il martından başlandığını bildirib. O, bu işin Azərbaycanda ilk dəfə həyata keçirildiyini deyib. M.Qurbanlının sözlərinə görə. görmə qabiliyyətini itirmiş və ya məhdud olan insanlar üçün Brayl əlifbası ilə hazırlanan Qurani-Kərim Dövlət Komitəsinin maliyyə dəstəyi ilə 7 dildə çap edilib.
M.Qurbanlı bildirib ki, Brayl əlifbası ilə Qurani-Kərim Türkiyə, İran, ərəb ölkələrində çap olunub, lakin Azərbaycanda bu, ilk təşəbbüsdür: "Bu gün Azərbaycanda islam dininə və digər dinlərə dövlət tərəfindən diqət və qayğı göstərilir. Bu özünü hərtərəfli formada büruzə verir. Kitab çapına əlavə vəsait ayrılır. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə kitab çapı üçün ayrılmış vəsaitin bir qismini Brayl əlifbası ilə Qurani-Kərimin işıq üzü görməsinə yönəldilib”.
Komitə sədri qeyd edib ki, islami dəyərlərin təbliği və təşviqində Qurani-Kərimin özünü təbliğ olunması mühüm rol oynayır: "İnsanlar birbaşa bu mənbəni oxumaqla İslamı şüurli şəkildə qəbul edirlər. İnsanların mənəvi cəhətdən zənginliyinin təmin edilməsi diqqət mərkəzindədir. Gələcəkdə belə təşəbbüslərin və layihələrin icrası davam etdiriləcək”.
Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən olan akademik Vasim Məmmədəliyev bildirib ki, Azərbaycanda Qurani-Kərimin Brayl əlifbası ilə çap olunması sevindirici haldır.