Hacı Şahinin 40 mərasimindən sonra yerinə təyinat olacaq

Hacı Şahinin 40 mərasimindən sonra yerinə təyinat olacaq
Məşədi Dadaş məscidinə din xadimi təyinatı Hacı Şahin Həsənlinin 40 mərasimindən sonra olacaq.

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Hacı Şahin Həsənlinin vəfatından sonra məsciddə dini ayinləri İlahiyyat İnstitutunun tələbəsi Elmir Vəliyev icra edir.

"Biz bunu Məşədi Dadaş məcsidinin icması ilə də müzakirə etmişik. Ənənəvi olaraq 40 mərasimindən sonra məscidə din xadimləri təyin olunacaq. Əminəm ki, Elmir də orada fəaliyyətini davam etdirəcək” – deyə komitə sədri qeyd edib.

Qeyd edək ki, Hacı Şahin martın 2-si səhər saatlarında ürək tutmasından vəfat edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az