Hacı Şahinin ailəsi ziyarətlə bağlı müraciət edib

Hacı Şahinin ailəsi ziyarətlə bağlı müraciət edib

Hacı Şahin Həsənlinin məzarı üzərində abadlaşdırma işlərinə başlanılır. 

Bununla bağlı mərhum ilahiyyatçının feysbuk səhifəsində paylaşım edilib.

Bu səbəbdən Hacı Şahinin ailəsi və Məşədi Dadaş məscidi dini icması adından xahiş olunur ki, işlər bitənə qədər ziyarət təxirə salınsın.

"Anlayışla qarşıladığınız üçün hər birinizə təşəkkür edirik” – paylaşımda qeyd olunur.

Qeyd edək ki, martın 2-də qəfil vəfat edən Hacı Şahinin məzarı indiyədək gecə və gündüz saatlarında kütləvi şəkildə ziyarət olunurdu.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az