Hafiz Hacıyev: “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır”

Hafiz Hacıyev: “Şahin Mustafayevi İrəvana səfir göndərmək günahdır”
Xəbər verdiyimiz kimi, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir. Şahin Mustafayevin İrəvana səfəri fonunda ermənicə sərbəst danışması ilə bağlı yayılan xəbərlər onun İrəvana səfir təyin edilməsi təkliflərini gündəmə gətirib.

 

Pravda.az bir müddət öncə İrəvana səfir olmaq istəməsi ilə əlaqədar açıqlamalar verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin təkliflərə münasibətini öyrənib.

 

Partiya sədri deyib ki, Şahin Mustafayev çox potensiallı, bacarıqlı insandır: "Onu yaxından tanıyıram. Biz Ermənistanda anadan olmuşuq. Bir millətin, dövlətin harada çətin yeri var, orada başımızı qoymağa hazırıq. Düşünürəm ki, İrəvanda səfir olmaq Şahin müəllim üçün çox azdır. O, yaxşı Baş nazir olar. Şahin Mustafayev dövlətini sevən insandır, korrupsiyadan kənardır. Buna görə də Şahin müəllimi aparıb xırda bir dövlətdə səfir etmək günahdır. İrəvanda səfir olmaqda çətin məsələ yoxdur. Biz ermənilərin içində böyümüş insanlarıq, onların milli mentalitetlərini də, hərəkətlərini də, nə iş görəcəklərini əvvəlcədən proqnozlaşdırmağı da yaxşı bilirik. Buna görə də düşünürəm, səfir olmaq Şahin Mustafayev üçün azdır... Bu dövlətdən ötrü canımı qoymuşam, amma dövlətin içində bəzi qədirbilməz adamlar var… Desələr ki, canınız lazımdır, onu da bu dövlətin, xalqın yolunda verməyə hazırıq. Rüşvətxorların yolunda yox ha! Birdən millətim səhv başa düşər ki, Hafiz Hacıyev rüşvətxorları, korrupsionerləri də nəzərdə tutur. Məsələn, Baş nazir Əli Əsədov üçün heç sərçə vurmağa da dəyməz...”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az