Nurəddin Məmmədli: “Çalışırlar ki, Azərbaycan xalqı vahid namizəd məsələsi ilə bağlı polemikaya qatılsın”
İctimai Palata növbəti mitinqini aprelin 22-nə təyin edib. Bu dəfəki aksiya yürüş-mitinq formasında olacaq. Bəzi məlumatlara görə İP daxilində 20-ci sahəyə gedib getməməklə bağlı fikir ayrılığı var. Bu və digər məsələlərə “Vətəninfo”ya müsahibəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini, İP Koordinasiya Şursaının üzvü Nurəddin Məmmədli aydınlıq gətirdi.
- İctimai Palatanın 22 aprel mitinqinə hazırlıqlar nə yerdədir?
- Üç blokda əsasən bütün şüarlar işıqlandırılıb. Birinci mitinqin məqsədləri, ikinci şüarları,üçüncüsü isə təşkilatı məsələlərlə bağlı geniş fikirlər səsləndirilib. Cəmiyyəti maraqlandıran bütün suallar öz əksini tapıb. Hazırda mitinqlə bağlı bütün texniki, siyasi problemlərin həlli ilə bağlı ciddi iş prosesi getməkdədir. Rayon təşkilatlarımıza partiya rəhbərliyi tərəfindən təyin olunmuş kuratorlara mitinqdə insanların iştirakını təmin etmək, emosiyaları lazımi qaydada saxlamaq, eyni zamanda mitinq zamanı fəal olmaqla bağlı müvafiq tapşırıqlar verilib. Partiya rəhbərliyinin qərarı ilə ayrı -ayrı rayonların fəalları ilə bağlı görüşlər keçirilir, konkret vəzifələr və məqsədlər ortaya qoyulub. Eyni zamanda hər bir işə bilavasitə məsul olan şəxlər təyin olunub. Keçən mitinqdə rastlaşdığımız problemlərin həlli ilə bağlı mühüm qərarlar qəbul olunub. Bu qərarlar hakimiyyət nümayəndələrinin mitinqin keçirilməsinə maneəçilik törədəcəyi təqdirdə atacağımız addımlarla bağlıdır. Qərara alınıb ki, mitinqə gedəcək insanlar şəhərin altı müxtəlif yerlərində toplaşsınlar. Həmin yerlərdə İctimai Palatanın səlahiyyətli nümayəndələri olacaqlar. Hansı yerdə maneəçilik törədilərsə, həmin yeri mitinq məkanına çevirmək iddiasındayıq. Hakimiyyətin qanunlara qarşı bu cür zorakı münasibətinə özümüzün şüarlarımız vasitəsilə cavab vermək fikrindəyik. Aksiya keçən dəfəkindən əhəmiyyətli dərəcədə yüksək təşkil olunacaq. Bu dəfə texniki problemlərin həlli cəbhəyə tapşırılıb.Aksiyaya gələn insanların daha ciddi mesaj alması üçün səs gücləndirici aparatlar keçən dəfəkindən daha yaxşı quraşdıralacaq. Hesab edirəm ki, aksiya hazırlığımız yüksək səviyyəsdədir. Ən böyük problemlərimizdən biri rayonlardan mitinqə qatılmaq istəyən insanlarla yerli icra hakimiyyəti orqanlarının qanuna zidd davranışlarıdır. Bəzi rayonlardan ciddi xəbərlər gəlir ki, aksiyaya gedəcək insanları və onların ailələrini cəzalandıracaqlar. Hesab edirəm ki , bu qeyri- siyasi, qeyri-əxlaqi olmaqdan öncə axmaqlıqdır. Məsələyə bu kontekstdən yanaşsaq, onda belə çıxır ki, həmin rayonlarda icra başçısından başqa məmur qalmaycaq. Hakimiyyətə mesaj göndərirəm ki, bu cür qeyri -qanuni hərəkətlərdən çəkinsinlər, cəmiyyəti qarşıdurma vəziyyətinə gətirməsinlər. Şəhərin istənilən yerində mitinqi keçirməyə haqqımız var. Bizi ucqarlara göndərməsinlər, normal mitinq təşkil etməyə şərait yaratsınlar.
- İqtidar 8 aprel mitinqinin yaxşı təşkil olunmadığını bildirdi...
- Hakimiyyətin ideoloqları xalqla zarafat etməyi sevirlər. Bunların səsləndirdikləri fikir reallıqdan çox uzaq , bəzi hallarda isə sarkazm yaradan ifadələr olduğuna görə onların fikrinə mövqe bildirmək də mümkün deyil. Mitinqin yaxşı təşkil edilməməsi, bayraqların təhqir edilməsi, insanların sayı ilə bağlı iqtidarın fikirləri həqiqətim əks etdirmədiyinə görə bu ikinci lal uşağın mübahisəsinə çevrilir.Ona görə də bu cür qeyri -real münasibətlərə cavab verməmək ən düzgün haldır. Beynəlxalq mətbuat da rəy bildirib ki, Azərbaycanda özbaşınalıq, qanunsuzluq , təzyiqlər şəraitində çox məhdud imkanlar malik olan xalq və onun müxalifəti möhtəşəm aksiya keçirib. Bu aksiya başlanğıc üçün uğurlu bir addımdır. Hakimiyət ideoloqlarının narahatçılığı isə başa düşüləndir. Dünyada baş verən proseslər, eyni zamanda Azərbaycanda hakimiyyətə qarşı narahatlığı aradan qaldırmaq üçün iqtidarın hər hansı addıma start verməməsi psixoloji narahartlıq yaradır. Bu narahatlıq funksional səviyyəni keçib, patoloji haldadır.
- YAP -ın Gənclər Birliyinin sədri Seymur Oruc açıqlama verib ki, müxalifət partiyalarının mövqeyini gənclər qəbul etmir və bu partiyalarda gənclər yox səviyyəsindədir...
- Görünür, qarşı tərərfin hamısı yaşından asılı olmayaraq eyni təfəkkür sisteminə malikdirlər. Keçən il ərzində AXC partiyasının sıralarına könüllü şəkildə 1000 nəfərə yaxın gənc qəbul olunub. Bunların hamısı xaricdəki universitetlərdə təhsil almış, əla qiymətlərlə bitirmiş və internet şəbəkəsində çox böyük uğur qazanmış insanlardır. Bu gənclər partiyanın tapşırdığı və hətta tapşırmadığı bütün fəallıqları yerinə yetirirlər.Hazırda onlardan 7-si mitinqlə bağlı hazırlıqlarda iştirakına görə qeyri- qanuni həbs olunub. Apelyasiya məhkəmələri davam edir. Bizim gələcəyə olan bütün ümidlərimiz gənclərlə bağlıdır. Bir nəfər Azərbaycan gəncinin adını çəkmək olmaz ki , onlar könüllülük əsasında YAP –ın sıralarına qoşulublar . Psixi cəhətdən normal olan bir adamın bu hakimiyyət haqqında xoş söz söyləməsi mümkünsüzdür.
- Müxalifətin seçkilərə vahid namizədlə getməsi məsələsi ciddi diskussiyalara səbəb olub. Sizcə, bu baş tutacaqmı?
- Fikrimcə, bu məsələ ətrafındakı fikirlər süni surətdə şişirdilib. İqtidarın istədiyi odur ki , Azərbaycan xalqı vahid namizəd məsələsi haqqınada polemikaya qatılsın. İkincisi isə, müxalifət daxilindəki intriqaların dərinləşməsinə zəmin yaratsın. Bu cür tendesiyalardan qaçmaq lazımdır. Bu gün bizim əsas məqsədimiz Azərbaycandakı mövcud hakimiyyəti islahatlara məcbur etməkdir. Əgər bunu etməsələr xalqın iradəsini ortaya qoyaraq hakimiyyətin dəyişdirilməsi zərurətini irəli sürəcəyik. İkinci təlabat isə ölkədə demokratik seçkilərin keçirilməsini təmin etməkdir. Belə şəarait olarsa, istənilən Azərbaycan vətəndaşı konstitusiyanın ona verdiyi hüquqlardan istifadə edərək öz namizədini ortaya qoya bilər. Korrupsiyanı özünün dövlət şüarına çevirən belə bir hakimiyyəti udmaq üçün ortabab bir adamın da vasitəçiliyini ortaya qoyması kifayətdir.Vahid namizəd məsələsinin gündəmə gəlməsini Azərbaycan xalqı üçün zərərli bir ideya kimi qəbul edirik. Azərbaycan xalqınım yanında olan insanlar, o cümlədən müxalifət liderləri kifayət qədər yetkin şəxslərdir. Cəmiyyətin müdaxiləsi olmadan belə vahid namizəd məsələsi onların özünün müzakirəsi ilə həll oluna bilər. İstənilən problemin həllinə insanların daha geniş spektrdə qatılması o problemi daha çox həll edilməz edir. Ona görə də bütün enerjimizi Azərbaycan xalqının iradəsini ortaya qoymağa yönəltmək lazımdır.
Ramilə