Hakimiyyət qərar verdi - EKSKLÜZİV

Hakimiyyət qərar verdi - EKSKLÜZİV

Vətəninfo.az-a daxil olan məlumata görə, Prezident Administrasiyası hakimiyyətin siyasi kursunu dəstəkləyən siyasi partiyalarla bağlı qərar verib.

Məlumatda deyilir ki, Prezident Administrasiyasının məsul şəxsinin iştirakı ilə, Azərbaycan Azad Respublikaçılar Partiyası qərargahında iqtidaryönlü partiyaların qapalı toplantısı keçirilib.

Məlumatda vurğulanır ki, Administrasiyanın mühüm vəzifəli məmuru ilə keçirilən qapalı görüş ötən gün saat 11:30 radələrində başlayıb və görüşdə qarşıdan gələn prezident seçkilərində hakimiyyətin namizədinin dəstəklənməsi və yaxın zamanlarda bu istiqamətdə təbliğatın aparılması qərara alınıb.

Eyni zamanda yeni bir ittifaqın və yaxud da blokun yaradılması da mümkündür.

Kənan

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az