Hande Harmancı Azərbaycan ictimaiyyətindən üzr istədi - FOTO

Hande Harmancı Azərbaycan ictimaiyyətindən üzr istədi - FOTO

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı dünən instaqramda yerləşdirdiyi foto ilə bağlı açıqlama yayıb.


Miq.Az xəbər verir ki, açıqlamada deyilr:

"Əziz dostlar,

Sosial mediada paylaşdığım və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm.

Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.

İyunun 13-də həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.

Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.

Qeyd edik ki, ÜST-ün Azərbaycan üzrə nümayəndəsi olan H.Hurmancı dünən Qubada şəlalə önündə çəkdirdiyi fotonu paylaşmışdı. Foto pandemiya dövründə, xüsusilə yoluxmanına artdığı şəraitdə kəskin etirazlarlla qarşılanıb.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az