Havalar soyuyur - Nazirlikdən XƏBƏRDARLIQ

Havalar soyuyur - Nazirlikdən XƏBƏRDARLIQ
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Miq.az-a  verilən məlumata görə, yanvarın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə duman, çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 6-9 dərəcə isti, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95 %, gündüz 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, çiskin olacaq, axşama doğru isə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az